Nazir: "Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub"

Nazir: "Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub" “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin əsas prioritetlərinin sırasında olur”.
Sağlamlıq
10 Fevral , 2022 11:10
Nazir: Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub
Teymur Musayev

"Azərbaycan səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub".

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi təkcə səhiyyə sektorunda deyil, digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir:

"Bu sektorda fəaliyyətin daha da təkmilləşdirilməsi üçün lazımi addımların atılmasını labüd bilirik. Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub".

Nazir bildirib ki, qısamüddətli hədəflər səhiyyə idarəetməsinin, effektiv səhiyyə sisteminin formalaşdırılması, eləcə də dövlət qurumlarla əməkdaşlığın aparılmasıdır.

T.Musayev ortamüddətli üsullara yerli dərman vasitələrinin və tibbi avadanlıqlarla təminatın aid olduğunu vurğulayıb.

O bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin əsas prioritetlərinin sırasında olur.

Nazirin sözlərinə görə, pandemiyanın ilk günlərindən başlayaraq vətəndaşların sağlamlığının qorunması əsas hədəflərdən biri olub:

“Yeni tibb müəssisələri açıldı, tələb olunan müasir dərman vasitələri ölkəyə gətirildi, vaksin platformalarına əlçatanlıq tam təmin edildi”.

Son xəbərlər

Orphus sistemi