Mərkəz sədri: Bu gün Azərbaycanda ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var

Mərkəz sədri: Bu gün Azərbaycanda ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var Bu gün Azərbaycanda ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var.
Sağlamlıq
1 May , 2024 15:13
Mərkəz sədri: Bu gün Azərbaycanda ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var

Bu gün Azərbaycanda ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, hazırda bu xəstəliklə əlaqədar 400-dən artıq növbədə olan şəxs var: "İkinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Belə ki, həmin şəxslərin sümük iliyi transplantasiyası əməliyyatına ehtiyacları var. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir”.

Y.Abbasova hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib.

"Onkoloji və digər infeksion xəstəlikləri olan şəxs donor ola bilməz. Bir böyrəyini kiməsə verən donorun gələcəkdə böyrək çatışmazlığı ilə bağlı problemi yaransa, o növbəlilik siyahısında avtomatik olaraq birinci yerə gəlir. Bu bütün dünyada belədir. Baxmayaraq ki, çox sayda insan növbədə gözləyir. Canlı donordan əməliyyat öncəsi çox sayda müayinələr götürülür. Əgər səhhətində hər hansı problem yaransa o donorluqdan kənarlaşdırılır. Bütün hallarda bütün əməliyyatlarda həyati risklər var. Amma unutmayaq ki, donorlar kiminsə həyatını xilas etmiş olur", - Mərkəz sədri əlavə edib.

Son xəbərlər

Orphus sistemi