Lucica Ditiu: "Azərbaycan vərəmlə mübarizəyə regional və qlobal səviyyədə töhfə verə bilər"

Sağlamlıq
  • 05 iyul, 2023
  • 06:52
Lucica Ditiu: Azərbaycan vərəmlə mübarizəyə regional və qlobal səviyyədə töhfə verə bilər

"Vərəmlə mübarizədə dövlət dəstəyi önəmlidir. Azərbaycan vərəmlə mübarizədə regional və qlobal səviyyədə töhfə verə bilər".

"Report" xəbər verir ki, bunu "Stop TB Partnership" təşkilatının icraçı direktoru Lucica Ditiu vərəmlə bağlı Bakıda keçirilən multi-sektoral görüşə onlayn qoşularkən çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə bütün əsas iştirakçıları bir araya gətirə bilər: "Hamımız vərəmlə mübarizəni gücləndirməyə çalışırıq. Sentyabrda keçiriləcək görüşdə yüksək səviyyəli şəxsləri bir araya gətirmək çox önəmlidir".

44 filmi