İybilmənin itməsi koronavirusla bağlı nikbinliyə əsasdır

İybilmənin itməsi koronavirusla bağlı nikbinliyə əsasdır İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amildir
Sağlamlıq
340
15 Mart , 2021 20:31
İybilmənin itməsi koronavirusla bağlı nikbinliyə əsasdır

İybilmənin zəifləməsi koronavirusun erkən diaqnozu üçün etibarlı amil olmaqla yanaşı, həm də xəstəliyi dəf etmək ehtimalına dair nikbin əlamətdir.

“Report” “20 minutos”a istinadən xəbər verir ki, belə bir qənaət Madrid Complutense Universiteti (UCM) və San Karlos Klinik Hospitalının mütəxəssislərinin rəhbərliyilə keçirilən 5 868 koronavirus xəstəsinin iştirak etdiyi beynəlxalq (İspaniya, İtaliya, Kuba, Ekvador) tədqiqat nəticəsində ortaya çıxıb.

“Ola bilsin, burun epitelinin keyləşməsi sitokin fırtınasından yayınmaq üçün müvafiq şəkildə müdafiənin aktivləşdirməsinə səbəb olur”, - tədqiqata rəhbərlik edən UCM-in professoru Xesus Porta-Etessam qeyd edib.

Bununla yanaşı, qoxu və dad hisslərinin zəifləməsi halları 65 yaşdan aşağı, həm də ciyər, ağciyər, ürək, sinir və onkologiya xəstəsi olan qadınlarda daha çox (8,67 faizə qarşı 12,41 faiz) rast gəldiyi də müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi