Həkim-terapevt: "Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə yolverilməzdir”

Həkim-terapevt: "Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə yolverilməzdir” “Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə xəstəliyin klinik gedişatını həm gizlədə, həm də dəyişdirə bilər. Nəticədə xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan dərmanların istifadəsi yo
Sağlamlıq
30 May , 2023 11:11
Həkim-terapevt: Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə yolverilməzdir”

“Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə xəstəliyin klinik gedişatını həm gizlədə, həm də dəyişdirə bilər. Nəticədə xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan dərmanların istifadəsi yolverilməzdir”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bildirib.

Onun sözlərinə görə, dərman vasitələrinin həkimə müraciət etmədən nəzarətsiz istifadəsi əksər hallarda mənfi reaksiyalara səbəb olduğunu bilmək vacibdir: “Belə ki, mütəxəssislər ciddi xəstəliklərin inkişafını, o cümlədən allergik reaksiyalar, qaraciyərin toksiki zədələnməsi, zehni fəaliyyətin pisləşməsi, görmə qabiliyyətinin azalması və ya tamamilə itirilməsi, ürək və damar xəstəlikləri və s. qeyd edirlər”.

Son xəbərlər

Orphus sistemi