Epidemioloq: "Qızılca ilə bağlı vəziyyət epidemik səddən artıqdır" 

Epidemioloq: "Qızılca ilə bağlı vəziyyət epidemik səddən artıqdır"  Qızılca xəstəliyi ilə əlaqədar hazırkı vəziyyət epidemik səddən artıqdır.
Sağlamlıq
22 Dekabr , 2023 14:45
Epidemioloq: Qızılca ilə bağlı vəziyyət epidemik səddən artıqdır 
Nigar Mütəllibova

Qızılca xəstəliyi ilə əlaqədar hazırki vəziyyət epidemik səddən artıqdır.

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, epidemioloq Nigar Mütəllibova deyib.

O bildirib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır, peyvəndləmə işləri davam etdirilir: "Hazırkı vəziyyət epidemik səddən artıqdır, lakin bir az stabilləşməni də müşahidə edirik. Peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunma tendensiyasını müşahidə edirik. Prosesdən kənarda qalmış uşaqlar peyvənd üçün mütləq gətirilməlidir. Bir dəfə peyvənd olunmuş, lakin tam peyvənd olunmamış uşaqlar da bu prosesdən kənarda qalmamalıdır. Qarşıdan yeni il şənliyi gəlir. Valideynləri uşaqlarını insanların sıx toplaşdığı yerlərdən kənar saxlamağa çağırırıq".

Son xəbərlər

Orphus sistemi