Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində təcrübə mübadiləsi müzakirə edilib
Sağlamlıq
27 Noyabr , 2023 12:41
Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Səhiyyə naziri Teymur Musayev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmon ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb kadrlarının hazırlanması, tibb universitetləri və milli səhiyyə institutları arasında təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, Səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

O, münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. Teymur Musayev bu günlərdə Bakıda keçirilən SPECA Sammiti çərçivəsində Azərbaycan və Tacikistan prezidentləri arasında görüşün keçirildiyini xatırladıb. Nazir belə səfərlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli olacağını bildirib.

Nazir Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib: “Ölkələrimizin tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.

Öz növbəsində İlxom Abduraxmon Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Tacikistan və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir”.

Son xəbərlər

Orphus sistemi