Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq

Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda tətbiq olunacaq randevu sistemi test rejimində artıq hazırdır və “Medinex” - 2023" sərgisində nümayiş olunacaq.
Sağlamlıq
31 Oktyabr , 2023 11:27
Azərbaycan xəstəxanalarında randevu sistemi test rejimdə tətbiq olunacaq

"Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda tətbiq olunacaq randevu sistemi test rejimində artıq hazırdır və “Medinex” - 2023" sərgisində nümayiş olunacaq. Randevu sistemi ilin sonunadək bir neçə xəstəxanada test rejimində çalışacaq".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, sərgidə “e-Tabib” mobil tətbiqinə əlavə olunacaq randevu sistemi haqqında məlumat veriləcək: "Sərgidə həmçinin çəkisi 4 kq-dan az olan rentgen cihazı da təqdim ediləcək. İnnovativ avadanlıqların ölçüləri kiçik olsa da, dəqiq nəticələrin əldə olunmasına imkan yaradır".

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” - 2023" sərgisinin rəsmi dəstəkçisidirlər.

Son xəbərlər

Orphus sistemi