Alimlər siqaret qutusunun həyatdan neçə saat aldığını müəyyən ediblər

Alimlər siqaret qutusunun həyatdan neçə saat aldığını müəyyən ediblər 20 siqaretlik bir qutu insanın həyatından təxminən yeddi saat ala bilər.
Sağlamlıq
30 Dekabr , 2024 08:26
Alimlər siqaret qutusunun həyatdan neçə saat aldığını müəyyən ediblər

20 siqaretlik bir qutu insanın həyatından təxminən yeddi saat ala bilər.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” London Universitet Kollecinin araşdırmasına istinadən yazıb.

Təhlilə əsasən, gündə 10 siqaret çəkən istifadəçi 1 yanvarda siqareti tərgitsə, 8 yanvara qədər bir günlük həyat itkisinin qarşısını ala bilər. O, 5 fevrala qədər siqareti tərgitsə – bir həftə, 5 avqusta qədər tərgitsə, bir ay ömrünü uzada bilər. İlin sonuna qədər o, 50 günlük həyat itkisindən qaça bilər.

Doktor Sara Cekson nəşrlə söhbətində bildirib ki, siqaret çəkmək ilk növbədə həyatın ortasındakı nisbətən sağlam illəri “yeyir” və pis sağlamlığın başlanğıcını yaxınlaşdırır.

“Bu o deməkdir ki, 60 yaşlı siqaret çəkən şəxs adətən 70 yaşlı siqaret çəkməyən şəxsin sağlamlıq profilinə malik olur”, – o qeyd edib.

Son xəbərlər

Orphus sistemi