Qoltuqaltı şiş və ya şişmiş nahiyələr ağciyər xərçənginin (ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması-red) əlaməti ola bilər.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Cancer Research UK” təşkilatına istinadən "Express" nəşri bildirib.
Təşkilatda qeyd ediblər ki, xüsusən qoltuqlarda və ya boyundakı belə təzahürlər xəstəliyin limfa düyünlərə təsir etməsi əlaməti ola bilər.
Bu halda “Cancer Research UK”da qeyd ediblər ki, limfa düyünləri həmçinin yoluxucu xəstəliklər zamanı böyüyə bilər.
"Beləliklə, həkiminiz sizi müayinə etməyincə, bir neçə analiz aparmayınca, şişin yaranması səbəbinə əmin ola bilmirsiniz” - təşkilatda xəbərdarlıq ediblər.
“Express” qeyd edib ki, ağciyər xərçənginin daha az rast gəlinən əlamətləri arasında barmaq falanqalarının qalınlaşması, udqunma çətinliyi (disfaqiya) və ya udqunma zamanı ağrı, üz, yaxud boynun şişməsi, davamlı sinə və ya çiyin ağrıları da var.