Ukraynanın paytaxtı Kiyevdə kafe və restoranların normal fəaliyyətinin bərpası ertələnib.
“Report” “Hromadske”yə istinadən xəbər verir ki, bunu brifinqdə Kiyevin meri Vitali Kliçko çıxışı zamanı deyib.
“Hazırda göstəricilərdən biri – 100 min əhaliyə düşən xəstə sayı normadan çoxdur. Bu gün bu, 14,9 nəfər təşkil edir (karantinin yumşaldılması üçün 12 nəfər olmalıdır – red.)”.
Bu səbəbdən paytaxtda kafe, restoran, həmçinin hovuzların ziyarəti qadağası qüvvədə qalıb.
Qeyd edək ki, Kiyevdə iyunun 5-dən başlayaraq karantin rejiminin yumşaldılması gözlənilirdi.
Xatırladaq ki, Ukraynada ötən sutkada daha 553 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 964-ə çatıb. Şərqi Avropa ölkəsində indiyədək 762 nəfər pandemiyanın qurbanı olub.