Rusiya
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hotel vergisi hazırda Rusiyanın dörd regionunda eksperiment olaraq istifadə edilən kurort ödənişini əvəz edəcək.
Yeni verginin tətbiqi yalnız kurort zonalarında yox, həm də digər məkanlarda yerləşən hotellərin və digər yaşayış obyektlərinin vergiyə cəlb olunması ilə yerli büdcələr üçün əlavə gəlir mənbələri yaratmağın zəruriliyilə bağlıdır.
Yığım stavkasını yerli özünüidarəetmə orqanları müəyyən edəcək, ancaq gündəlik adambaşına 100 rubldan artıq ola bilməz. Eyni zamanda vergi dərəcəsi mövsümdən, hotelin kateqoriyasından və yerləşdiyi yerdən asılı olaraq fərqlənə bilər.