Rusiyada son bir gündə 10 102 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 155 370 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 95 nəfər artaraq 1 451-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 19 865 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 714.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 647 000-i ötüb. Bunların 1 200 680 nəfəri sağalıb, 252 444 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.