Rusiyada son bir gündə 10 581 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 145 268 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 76 nəfər artaraq 1 356-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 18 095 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 795.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 568 000-i ötüb. Bunların 1 157 275nəfəri sağalıb, 248 346nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.