Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi təkrarən irəli sürülüb

Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi təkrarən irəli sürülüb Bakı. 30 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentindəki “Elk” və “Tsarukian” partiyalarının qrupları baş nazir seçkilərinin ikinci turunda hazırkı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın namizədliyini bir daha irəli sürüb.
Region
30 Oktyabr , 2018 12:44
Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi təkrarən irəli sürülüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentindəki “Elk” və “Tsarukian” partiyalarının qrupları baş nazir seçkilərinin ikinci turunda hazırkı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın namizədliyini bir daha irəli sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Elk” Partiyasının parlament qrupunun başçısı Lena Nəzəryan bildirib.

O, Nikol Paşinyanın namizədliyi haqqında ərizəni əvvəllər iqtidarda olmuş Ermənistan Respublikaçılar Partiyasından istefa vermiş bir neçə deputatın da imzaladığını deyib.

Xatırladaq ki, Ermənistanda baş nazir seçkilərində ikinci turun səsverməsi parlamentin noyabrın 1-də baş tutacaq xüsusi iclasında keçiriləcək. Oktyabrın 24-də keçirilən ilk turda deputatlar N.Paşinyanın namizədliyini qəbul etməmişdilər. İkinci turda da baş nazir seçilmədiyi təqdirdə parlament buraxılacaq və ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi