Nazir: “Rusiyanın uçuşlara qoyduğu qadağa Gürcüstana ciddi zərər vurub”

Nazir: “Rusiyanın uçuşlara qoyduğu qadağa Gürcüstana ciddi zərər vurub” “İqtisadiyyat naziri olaraq statistikaya əsaslanıb deyə bilərəm ki, Rusiya ilə birbaşa uçuşların dayandırılması bizə ciddi zərər vurub”.
Region
30 Sentyabr , 2019 16:30
Nazir: “Rusiyanın uçuşlara qoyduğu qadağa Gürcüstana ciddi zərər vurub”

“İqtisadiyyat naziri olaraq statistikaya əsaslanıb deyə bilərəm ki, Rusiya ilə birbaşa uçuşların dayandırılması bizə ciddi zərər vurub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Milli Bankın məlumatına əsasən, bu ilin ilk 8 ayı ərzində ölkənin turizmdən əldə etdiyi gəlirin həcmində azalma müşahidə olunub.

N.Turnava bildirib ki, yaxın gələcəkdə Rusiya Gürcüstana birbaşa aviauçuşlara tətbiq etdiyi qadağanı aradan qaldırarsa, bu, Gürcüstanın turizm sahəsi üçün müsbət hadisə olacaq: “Qış turizm mövsümündə Gürcüstanın dağ kurortları rusiyalı turistləri də gözləyəcək. Rusiya uçuşları bərpa edərsə, bu, bizim iqtisadiyyata, turizm və kiçik biznesə müsbət təsir edəcək”.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa aviauçuşlar iyulun 8-dən dayandırılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda “Kommersant” nəşrinə müsahibəsində uçuşların bərpasının düzgün addım olacağını deyib.

Son xəbərlər

Orphus sistemi