İranın BMT-dəki daimi nümayəndəsi "qisas əməliyyatı"nın başa çatdığını bildirib
Region
- 09 yanvar, 2020
- 05:25
"İran general Qasım Süleymaninin öldürülməsinə görə "qisas əməliyyatı"nı tamamlayıb və ABŞ tərəfdən aqressiv hərəkət olmazsa, yeni hərbi addım atmayacaq".
"Report" xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi TASS-ın ABŞ Prezidenti Donald Trampın çıxışına Tehranın reaksiyasının necə olacağına dair sualını cavablandırarkən bildirib.
"Bütün hərəkətlərimiz Süleymaninin öldürülməsinə mütənasib idi. Onlar tamamlanıb. ABŞ İrana qarşı hərbi əməliyyat keçirməzsə, biz də bu cür hərəkətlər etməyəcəyik", - o deyib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən öldürülüb.
Son xəbərlər
18:01
Foto
Bosniya və Herseqovina ilə Serbiya arasında sərhəd çayı tonlarla tullantı ilə çirklənib
Digər ölkələr18:00
Moskvа-Sitidə terror aktı törətməklə hədələyən üç nəfər saxlanılıb
Region17:55
Bakı və Siyəzən sakinləri dəm qazından boğularaq ölüb
Hadisə17:52
Lökbatanda 36 yaşlı kişi dərmandan zəhərlənərək ölüb
Hadisə17:46
Azər Bağırov: "İmişli"yə qarşı yaxşı mübarizə apardıq"
Futbol17:45
Gürcüstan "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasına üzv olub
İnfrastruktur17:42
İran uranın zənginləşdirilməsi səviyyəsini azaldılmasına dair şərtini irəli sürüb
Region17:30
"İmişli"nin baş məşqçisi: "Kəpəz"lə oyunun ikinci hissəsində meydanın vəziyyəti daha da pisləşdi"
Futbol17:29