Yuxarı

Baş nazir: “Anaklia limanı olmadan Gürcüstan özünün tranzit potensialını tam reallaşdıra bilməyəcək”

Anaklia limanı olmadan Gürcüstan özünün tranzit potensialını tam reall

“Anaklia layihəsinin bizim üçün strateji əhəmiyyəti var və biz əlimizdən gələni edəcəyik ki, Gürcüstanın dərin dəniz limanı olsun”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dərin dəniz limanı olmadan Gürcüstan özünün tranzit potensialını tam reallaşdıra bilməyəcək: “Buna görə də bu layihənin strateji önəmi var. Anaklia layihəsi həyata keçirilməlidir və keçiriləcək”.

Qeyd edək ki, Anaklia dərin dəniz limanının fundamenti 2017-ci ildə qoyulub. Limanın 2021-ci ildən fəaliyyətə başlayacağı nəzərdə tutulur. Son illər hökumət və investorlar arasında Anaklia ilə bağlı fikir ayrılıqları yarandığından layihənin təxirə salınacağı bildirilirdi.

2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Anaklia limanı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu yaxınlarda Fransanın “Eiffage” şirkəti Anaklia dərin dəniz limanının baş inşaatçısı seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi