ABŞ İranın daha 20 şirkət və maliyyə qurumuna sanksiya tətbiq edib

Region
  • 17 oktyabr, 2018
  • 08:05
ABŞ İranın daha 20 şirkət və maliyyə qurumuna sanksiya tətbiq edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ ABŞ İranın daha 20 şirkəti və maliyyə qurumuna sanksiya tətbiq edib.

“Report” Rusiyanın “NTV” televiziyasına istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, sanksiya tətbiq edilən qurumlar İran İnqilab Keşikçiləri Qvardiyasının tərkibinə daxil olan yarımhərbi “Bəsic” təşkilatının maliyyələşdirilməsində iştirak ediblər.

ABŞ-ın “qara siyahıya” düşən maliyyə qrupları, sərmayə şirkətləri, bankların mərkəzi ofisləri İranda yerləşir. 

Son xəbərlər

Bütün Xəbər Lenti