Açar sözü: Maliyyə Nazirliyi
“Report”un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu qərar martın 25-28-də Avstriyanın paytaxtı Vyanada PEMPAL proqramının dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclasında qəbul edilib.
Daxili İşlər Nazirliyində işçilərin sayının dörddə bir, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi və Daxili Gəlirlər Xidmətində (ölkənin əsas vergi yığım orqanı) təxminən üçdə bir, Ədliyyə Nazirliyində isə 8 faiz azalacağı gözlənilir. Planlar ABŞ-ın 22 federal qurumuna aiddir.
Xatırladaq ki, 2025-ci il yanvarın əvvəlində ABŞ Maliyyə Nazirliyi “Qazprom Neft”ə, onun rəhbəri Aleksandr Dyukova, həmçinin NIS-ə qarşı sanksiyalar tətbiq edib.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi şirkətə aprelin 3-dək Venesueladakı fəaliyyətini dayandırmağı tapşırmışdı. Virtin fikrincə, “Chevron” Venesueladan getsə, ABŞ-nin əsas rəqiblərindən biri olan Çin adıçəkilən ölkənin neft ehtiyatlarına çıxış əldə edəcək.
Maliyyə Nazirliyinin Müasir texnologiyalar və innovasiyalar şöbəsinə müdir təyin edilib. “Report” xəbər verir ki, bu vəzifə Nurlan Soltanova həvalə olunub. O, indiyə qədər həmin şöbənin müdir müavini olub.
Maliyyə Nazirliyi Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) vasitəsilə dövlət və icmal büdcələrinin tərtibi prosesi ilə əlaqədar qarşılıqlı məlumat mübadiləsi yaradıb, büdcə göstəriciləri ilə bərabər əlavələrin təqdim edilməsini təmin edib. "Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə "Report"a nazirlikdən bildirilib.
İclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
2024-cü ildə Maliyyə Nazirliyinin (dövlət) istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.