Yerevanda Nikol Paşinyanın iqamətgahına yürüş başlayıb

Yerevanda Nikol Paşinyanın iqamətgahına yürüş başlayıb Aksiya iştirakçıları “Nikol satqındır!”, “Nikol, get!”, “Nikolsuz Ermənistan!” şüarlarını səsləndirirlər
Region
5 Dekabr , 2020 17:22
Yerevanda Nikol Paşinyanın iqamətgahına yürüş başlayıb

Aksiya iştirakçıları tələblərini və baş nazir Nikol Paşinyana veriləcək möhlətin müddətini onun iqamətgahının qarşısında açıqlayacaqlar.

“Report” xəbər verir ki, yürüşün önündə müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan gedir.

17:22

Yerevanın Azadlıq meydanında “Vətənin Xilası Hərəkatı” müxalifət təşkilatının mitinqi başlayıb.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Meydana 40 mindən çox insanın toplaşdığı bildirilib. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan, keşişlər və başqa siyasi qüvvələr tribunadadır.

Aksiya iştirakçıları “Nikol satqındır!”, “Nikol, get!”, “Nikolsuz Ermənistan!” şüarlarını səsləndirirlər.

Mitinq iştirakçıları istefa tələbi ilə N.Paşinyanın iqamətgahına doğru yürüşə başlayıblar.

Son xəbərlər

Orphus sistemi