Paraqvay prezidenti "Ueno Bank"ın iflasından sonra istefa verib

Digər ölkələr
  • 05 noyabr, 2026
  • 20:31
Paraqvay prezidenti Ueno Bankın iflasından sonra istefa verib

Paraqvay Prezidenti Santyaqo Penya 3 milyona yaxın müştərinin hesablarının dondurulduğu "Ueno Bank"ın iflasından sonra istefa verib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə o xalqa müraciətində bildirib.

"Mən prezident vəzifəsindən istefa vermək qərarına gəldim. Bunu ölkəmizin sabitliyini düşünərək edirəm", - o deyib.