Yaşar Güler: Türkiyə Azərbaycan sərhədləri yaxınlığında təyyarə qəzasının araşdırılmasını davam etdirir

Region
  • 20 dekabr, 2025
  • 13:08
Yaşar Güler: Türkiyə Azərbaycan sərhədləri yaxınlığında təyyarə qəzasının araşdırılmasını davam etdirir

Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.

Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.

Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. "Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək", - o əlavə edib.

"Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq", - nazir bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti