Xerson vilayətinin sol sahilində Ukrayna bayrağı sancılıb

Xerson vilayətinin sol sahilində Ukrayna bayrağı sancılıb 2022-ci il fevralın 24-dən – Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən bəri işğal altında olan Xersonun sol sahilində yerləşən Krınkı kəndində Ukrayna bayrağı ucaldılıb.
Region
7 Fevral , 2024 03:27
Xerson vilayətinin sol sahilində Ukrayna bayrağı sancılıb

2022-ci il fevralın 24-dən – Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən bəri işğal altında olan Xersonun sol sahilində yerləşən Krınkı kəndində Ukrayna bayrağı ucaldılıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Analitiklərin fikrincə, bayrağı əraziyə 36-cı ayrı dəniz piyada briqadasının hərbçiləri sancıb. Onların sözlərinə görə, bu hərəkət sözügedən kəndin heç də Rusiyanın tam nəzarəti altında olmadığını təsdiq edir.

Bununla belə, analitiklər sevinməyin hələ tez olduğunu bildirirlər, çünki qızğın döyüşlər davam edir: Rusiya ordusu mütamadi şəkildə ehtiyatı çağıraraq Ukrayna qüvvələrini bölgədən sıxışdırıb çıxarmaq istəyir.

Xatırladaq ki, 2023-cü ilin payızından Ukrayna ordusu Dnepr çayının Xerson vilayətindən keçən hissəsindəki sol sahilində, xüsusən də Krınkı yaşayış məntəqəsi ərazisində möhkəmlənməyə çalışır. Rusiya tərəfi kəndin nəzarətdə saxladığını iddia etsə də, analitiklər orada toqquşmaların olduğunu bildirirlər.

Son xəbərlər

Orphus sistemi