Əli Laricani: İran ABŞ ilə danışıqlar aparmayacaq - YENİLƏNİB
- 02 mart, 2026
- 09:08
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın Vaşinqtonla danışıqları bərpa etməyəcəyini bildrib.
"Report"un məlumatına görə, o bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Biz ABŞ ilə danışıqlar aparmayacağıq", - Laricani vurğulayıb.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-a İranın nüvə məsələsi ilə bağlı danışıqları bərpa etməyi təklif edib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, təklif rəsmi Tehrana qarşı Amerika-İsrail hərbi əməliyyatının başlamasından sonra danışıqlarda vasitəçi kimi çıxış edən Oman vasitəsilə çatdırılıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamaq istədiyini bəyan edib.