Volodimir Zelenski bəzi Avropa dövlətlərini tənqid edib

Volodimir Zelenski bəzi Avropa dövlətlərini tənqid edib Ukrayna Prezidenti Volodimir Zelenski bəzi Avropa dövlətlərini tənqid edib.
Region
13 Aprel , 2022 14:08
Volodimir Zelenski bəzi Avropa dövlətlərini tənqid edib
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bəzi Avropa dövlətlərini tənqid edib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, Estoniya parlamentindəki çıxışında bəzi Qərb ölkələrini Rusiyanın apardığı müharibəyə və deportasiyaya sponsorluq etməyə son qoymağa çağırıb.

O deyib ki, Rusiya neftinə Avropa İttifaqı miqyasında sanksiya tətbiq edilməlidir. “Rusiyaya yeni təsir vasitələri tapılamlıdır. Bu, deportasiyaya son qoymaq üçün vacibdir. Avropa İttifaqının bunu təmin edəcək gücü var. Rusiya zorla deportasiya olunmuş ukraynalıları, minlərlə oğurlanmış uşağı qaytaranadək Moskvaya təsirlər davam etməlidir. Avropa İttifaqının deportasiyaya və müharibəyə sponsorluq etmək hüququ yoxdur”, - o bildirib.

Ukraynanın dövlət başçısı söyləyib ki, indiyədək 500 000-dən çox Ukrayna vətəndaşı məcburi şəkildə Rusiyaya aparılıb: “Vətəndaşlarımızın sənədləri, mobil telefonları, şəxsi əşyaları zorla əllərindən alınır. Valideynlər övladlarından ayrılırlar. Onların qanunsuz olaraq rus ailələrinə övladlığa verilməsi planlaşdırılır. İnsanların mühasirəyə alınmış şəhərlərdən ilkin tibbi yardımsız evakuasiya olunmaları üçün həkimlər də məcburi şəkildə şəhərlərdən çıxarılırlar”.

V.Zelenskinin sözlərinə görə, Avropa liderləri sanksiyalar siyasətinə daha ciddi yanaşmalıdır: “Sanksiyalar bu gün Rusiyanı sülhə vadar etmək üçün yeganə vasitədir”.

Son xəbərlər

Orphus sistemi