Ukrayna Hərbi Dəniz Donanması: "Rusiyanın 4 helikopteri vurulub"

Region
  • 05 mart, 2022
  • 13:53
Ukrayna Hərbi Dəniz Donanması: Rusiyanın 4 helikopteri vurulub

Ukraynanın dəniz piyadaları Nikolayev ətrafında Rusiyanın 4 helikopterini vurub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının mətbuat xidməti yayıb.

Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının komandanı kontr-admiral Aleksey Neijpapa qeyd edib ki, bir dəniz piyadası 3 helikopter vurub.

Qeyd edək ki, Ukrayna hərbçiləri martın 5-dək Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopterini vurduqlarını bildiriblər.