İzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 804-ə, ölənlərin sayı 24 nəfərə çatıb

İzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 804-ə, ölənlərin sayı 24 nəfərə çatıb Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.
Region
16771
31 Oktyabr , 2020 05:15
İzmirdə zəlzələ zamanı xəsarət alanların sayı 804-ə, ölənlərin sayı 24 nəfərə çatıb

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

3:20

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin və xəsarət alanların sayı artıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, zəlzələ zamanı xəsarət alanların sayı 804 nəfərə çatıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

1:55

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin və xəsarət alanların sayı artıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, zəlzələ zamanı xəsarət alanların sayı 786 nəfərə çatıb. Təbii hadisə zamanı habelə daha 20 nəfər ölüb.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

01:15

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, zəlzələ zamanı xəsarət alanların sayı 763 nəfərə çatıb. Təbii hadisə zamanı habelə daha 17 nəfər ölüb.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

00:20

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə, xəsarət alanların sayı 709 nəfərə yüksəlib.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

23:20

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

"Ölənlərin sayı əvvəlki kimi 12 nəfərdir. Yaralıların sayı 607 nəfərə yüksəlib. Xilasedicilər 17 binanın dağıntıları arasında işləyir", - xəbərdə bildirilir.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

22:20

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.

"Son məlumatlara görə, zəlzələ zamanı 12 nəfər həlak olub, 522 nəfər xəsarət alıb. Dağılmış 17 binanın dağıntıları altında insanlar var, orada xilasedicilər işləyir", - nazir jurnalistlərə bildirib.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

22:15

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 438 nəfər xəsarət alıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

"Zəlzələ zamanı 12 vətəndaşımız həlak olub, 438 nəfər xəsarət alıb. Xilasedicilər dağılmış 17 binanın dağıntıları altında işləyirlər. Biz xilasetmə əməliyyatlarının bütün imkanlarından istifadə edirik", - deyə dövlət başçısı xalqa müraciətində bildirib.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.

21:05

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində azı 12 nəfər həlak olub, daha 419 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

"Ölənlərin sayı 12 nəfərə yüksəldi. 419 nəfər yaralanıb", - idarənin xəbərində deyilir.

19:15

İzmirdə zəlzələ nəticəsində daha 2 nəfərin öldüyü məlum olub.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkandan həlak olanların sayı 6-ya yüksəlib.

Məlumata görə, yaralıların sayı isə 202-yə çatıb.

17:59

Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Son xəbərlər

Orphus sistemi