Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Region
  • 17 aprel, 2023
  • 19:03
Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə zamanı aralarında uşaqlar da olmaqla 8 nəfər xəsarət alıb.

Məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Hadisə yerinə təcili yardım maşını və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

44 - Tezliklə