Tehranda bir neçə partlayış səsi eşidilib
- 01 mart, 2026
- 12:48
Bu dəqiqələrdə Tehranda partlayışlar baş verib.
"Report" xəbər verir ki, məlumatı "Mehr" xəbər agentliyi yayıb.
Qeyd edək ki, ABŞ ilə İsrailin hücumlarından sonra İranın Ali rəhbəri Əli Xamenei və bir neçə rəsmi şəxs öldürülüb. Bu səbəbdən ölkədə matəm elan olunub və insanlar Tehran küçələrinə toplaşıb üzüntülərini bölüşürlər.
Belə bir məqamda Tehranda partlayışlarların baş verməsi ölən və yaralananların olması ehtimalını artırır, lakin hələ bu barədə məlumat açıqlanmayıb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.
Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.