Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər

Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər Gürcüstanın paytaxtı Tbilisi şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binası yaxınlığında nümayişçilərin hüquq-mühafizə orqanlarının işçilərinə boya və pirotexniki vasitələr atmağa başlayandan sonra etirazçılara qarşı su şırnaqlarından is
Region
30 Noyabr , 2024 00:19
Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binası yaxınlığında nümayişçilərin hüquq-mühafizə orqanlarının işçilərinə boya və pirotexniki vasitələr atmağa başlayandan sonra etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər.

Bu barədə “Report”un əməkdaşı hadisə yerindən məlumat verib.

Su şırnaqlarından istifadə etməzdən əvvəl təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qanundan kənara çıxamamaları barədə xəbərdarlıq edib. Bu, nümayişçilərlə polis əməkdaşları arasında vaxtaşırı toqquşmaların baş verməsi ilə əlaqədar elan edilib.

Etirazçılar polisə qarşı pirotexniki vasitələr və boya butulkalardan istifadə edərək onları toqquşmalara təhrik edirlər. Nümayişçilərin bu hərəkətləri nəticəsində xüsusi təyinatlıların böyük dəstəsi etirazçılara doğru hərəkət edib.

Gürcüstan DİN-in yaydığı bəyanatda deyilir ki, Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiya qanundan kənara çıxıb və nümayişçilər infrastruktura ziyan vurur:

“Parlamentin yaxınlığındakı Rustaveli prospektində keçirilən aksiya toplantılar və nümayişlər haqqında qanundan kənara çıxıb. Etirazçılar infrastruktura ziyan vurub, yandırıblar. Aksiya iştirakçılarının müəyyən hissəsi Çiçinadze küçəsinə doğru hərəkət edib və həmin şəxslər parlamentin qapılarını zədələyiblər”.

Son xəbərlər

Orphus sistemi