Tbilisidə səslərin 50 %-dən çoxu sayılıb, Kaxa Kaladze öndədir

Tbilisidə səslərin 50 %-dən çoxu sayılıb, Kaxa Kaladze öndədir Gürcüstanın Mərkəzi Sekçi Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci turunun ilkin nəticələrini açıqlayıb.
Region
31 Oktyabr , 2021 00:40
Tbilisidə səslərin 50 %-dən çoxu sayılıb, Kaxa Kaladze öndədir
Kaxa Kaladze

Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri seçkilərində 769 seçki məntəqəsinin 407-də (53 %) səslərin hesablanması prosesini başa çatdırıb.

“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 55,7 %, onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasından Nika Meliya isə 44,2 % səs əldə edib.

“Gürcü Arzusu”nun digər iri şəhərlər – Batumi, Rustavi, Kutaisi, Poti və Zuqdididə də mer vəzifəsinə namizədləri səs çoxluğu qazanıb.

30.10.2021. 23:37

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci turunun ilkin nəticələrini açıqlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, MSK artıq Tbilisi üzrə 769 məntəqənin 153-dən (19,8 %) əldə olunan səsləri hesablayıb.

Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 56,1 %, müxalif Vahid Milli Hərəkat Partiyasından Nika Meliya isə 44 % səs əldə edib.

Son xəbərlər

Orphus sistemi