Gürcüstan Mərkəzi Seçki Komissiyası Tbilisi meri seçkilərində 769 seçki məntəqəsinin 407-də (53 %) səslərin hesablanması prosesini başa çatdırıb.
“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 55,7 %, onun rəqibi – müxalif Vahid Milli Hərəkat Partiyasından Nika Meliya isə 44,2 % səs əldə edib.
“Gürcü Arzusu”nun digər iri şəhərlər – Batumi, Rustavi, Kutaisi, Poti və Zuqdididə də mer vəzifəsinə namizədləri səs çoxluğu qazanıb.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci turunun ilkin nəticələrini açıqlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, MSK artıq Tbilisi üzrə 769 məntəqənin 153-dən (19,8 %) əldə olunan səsləri hesablayıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 56,1 %, müxalif Vahid Milli Hərəkat Partiyasından Nika Meliya isə 44 % səs əldə edib.