Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəkləmək niyyətindədir.
Region
18 Dekabr , 2024 10:28
Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəkləmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinə Dəməşqdə hakimiyyətə gələn silahlı birləşmələrin lideri, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şara bildirib.

"Türkiyə ilə strateji münasibətlərimiz olacaq. Ankaranın yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var. Qarşılıqlı ticarət əlaqələri olacaq, inanırıq ki, Türkiyə iqtisadi inkişaf təcrübəsini Suriyaya ötürəcək", - o qeyd edib.

Əş-Şara 2011-ci ildən bəri Suriyanı tərk etmiş əhalinin yarısının vətənə qayıdacağına ümidvar olduğunu deyib.

"Suriyalılar bir çox ölkələrdə sığınacaq tapdılar, lakin onları ən çox qəbul edən və hörmətlə yanaşan Türkiyə oldu. Ümid edirəm ki, Suriya bunu unutmayacaq", - o əlavə edib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublika ərazisində 2,9 milyondan çox suriyalı qaçqın ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasının təmin edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi