Ermənistan prezidenti Paşinyanın daha bir layihəsini imzalamaqdan imtina etdi

Ermənistan prezidenti Paşinyanın daha bir layihəsini imzalamaqdan imtina etdi Ermənistan prezidenti Armeni Sarkisyan parlamentin Məhkəmə məcəlləsində dəyişikliklərlə bağlı qəbul etdiyi dəyişiklikləri imzalamayaraq onu Konstitusiya Məhkəməsinə göndərib
Region
12 Aprel , 2021 11:52
Ermənistan prezidenti Paşinyanın daha bir layihəsini imzalamaqdan imtina etdi
Armen Sarkisyan

Ermənistan prezidenti Armen Sarkisyan parlamentin Məhkəmə Məcəlləsində dəyişikliklərlə bağlı qəbul etdiyi layihəni imzalamaqdan imtina edərək sənədi Konstitusiya Məhkəməsinə göndərib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

A.Sarkisyan məsələ ilə bağlı ekspertlər, Ali Məhkəmə Şurasının təmsilçiləri, ədliyyə naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə məsləhətləşib. O, maraqlı tərəfləri dinlədikdən sonra məhkəmə sistemində islahatların sistemli aparılmasını əsas götürərək sənədi imzalamayıb.

Qeyd edək ki, Ermənistan parlamenti bu il fevralın əvvəlində Məhkəmə Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Hökumətin hazırladığı sənəd imzalamaq üçün prezident A.Sarkisyana göndirilmişdi.

Son xəbərlər

Orphus sistemi