Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib

Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib Rusiyanın Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib.
Region
12 dekabr 2022 13:27
Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib

Rusiyanın Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqun mədəniyyət komitəsinin sədri Stanislav Moldovanov məlumat verib.

Bildirilib ki, təqdimat mərasimi dekabrın 12-də Daşkənddə keçirilən MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində keçirilib.

S.Moldovanov deyib ki, Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq üçün 2023-cü ildə bütün MDB-nin mədəniyyət paytaxtına çevrilməsi sevindirici hadisədir.

Qeyd edək ki, hər il Birliyin şəhərlərindən birinə MDB-nin mədəniyyət paytaxtı fəxri statusu verilir. Layihə 2010-cu ildə gerçəkləşir. Növbəti paytaxt MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurası tərəfindən təsdiq edilir. Proqram MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yardımı ilə həyata keçirilir.

Xatırladaq ki, 2022-ci ildə Qırğızıstanın Karakol şəhəri MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdu.

Son xəbərlər

Orphus sistemi