Rusiyalı ekspert: Cənubi Qafqazda sabitliyin pozulmasının əsas mənbələri ABŞ və Fransadır

Rusiyalı ekspert: Cənubi Qafqazda sabitliyin pozulmasının əsas mənbələri ABŞ və Fransadır Bu gün Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan əsas mənbələr ABŞ və Fransadır.
Region
2 Sentyabr , 2024 16:41
Rusiyalı ekspert: Cənubi Qafqazda sabitliyin pozulmasının əsas mənbələri ABŞ və Fransadır

Bu gün Cənubi Qafqazda sabitliyi pozan əsas dövlətlər ABŞ və Fransadır.

"Report" xəbər verir ki, bunu rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan əsas mənbələr məhz ABŞ, eləcə də Fransadır. Bu o deməkdir ki, Ermənistandakı revanşist qüvvələr genişmiqyaslı hərbi provokasiya törətməklə sülh prosesini pozmağa cəhd edə bilərlər”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan uzaqmənzilli raket sistemlərinin elan edilmiş tədarükü də daxil olmaqla hücum silahları ilə silahlandırılır: “Qərbin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri İrəvana gəlir, həm Nikol Paşinyan, həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan subyektivliyini itirib”.

İ.Korotçenko hesab edir ki, bu gün Ermənistan Cənubi Qafqazda Qərbin “Troya atı”dır.

O vurğulayıb ki, NATO və ABŞ-nin məqsədi və vəzifəsi Ermənistan ərazisində qeyri-sabitlik mənbəyi və meydança yaratmaqdır: “Xüsusən də ABŞ bu gün Ermənistanı silahlandırır. Bu yolla irimiqyaslı təxribatlar hazırladıqları göz qabağındadır”.

Rusiyalı ekspertin fikrincə, yalnız Cənubi Qafqaz dövlətlərinin birgə səyləri ilə bu mənfi tendensiyaların qarşısını almaq olar.

İ.Korotçenko Cənubi Qafqazda kommunikasiyaların açılması perspektivlərini şərh edib: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatında bildirilir ki, nəqliyyatın trafiki və hərəkətinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti həyata keçirməlidir”.

Onun fikrincə, Qərb ölkələri Cənubi Qafqazda sabitliyi pozmağa, nəqliyyat layihələrinin, xüsusən də “Şimal-Cənub” dəhlizinin reallaşmasının qarşısını almaq üçün Ermənistandan vasitə kimi istifadə etməyə çalışırlar.

Son xəbərlər

Orphus sistemi