Dietoloq zülal qəbulunu artırmağın doqquz üsulunu açıqlayıb
- 26 noyabr, 2026
- 08:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Dietoloq Cillian Kubala zülal kokteylləri və xüsusi qida əlavələrindən istifadə etmədən gündəlik zülal qəbulunu artırmağın yollarını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Health" nəşri yazıb.
Mütəxəssisin sözlərinə görə, bunun üçün gündəlik qidalanma rejiminə kiçik dəyişikliklər etmək və zülalla zəngin məhsullardan daha çox istifadə etmək kifayətdir. O qeyd edib ki, kifayət qədər zülal qəbulu əzələ kütləsinin qorunmasına, yaş artdıqca güc və hərəkət qabiliyyətinin saxlanmasına kömək edir.
Dietoloq rasionu zülalla zənginləşdirmək üçün doqquz üsul təklif edib. Bunlara səhər yeməyində kəsmik və yunan yoqurtundan istifadə etmək, zülallı qəlyanaltılar seçmək, paxlalı bitkiləri daha çox yemək, yeməklərə toxumlar əlavə etmək, konservləşdirilmiş balıqları rasiona daxil etmək, smuzi hazırlayarkən kefirdən istifadə etmək və sümük bulyonu içmək daxildir.
Bundan başqa, adi makaronu paxlalılardan hazırlanmış makaronla əvəz etmək və kəsmikdən desertlər hazırlamaq tövsiyə olunur.
Beləliklə, xüsusi əlavələrə və mürəkkəb pəhriz dəyişikliklərinə ehtiyac olmadan, gündəlik qida məhsulları hesabına zülal qəbulunu artırmaq mümkündür.