"Bloomberg": Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək

Digər ölkələr
  • 26 noyabr, 2026
  • 06:28
Bloomberg: Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək

ABŞ qanunvericiləri genişmiqyaslı silah satınalmalarının maliyyələşdirilməsini təsdiqləməsələr, ölkənin Silahlı Qüvvələri yüzlərlə raketi əldə edə bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Ağ Evin İnzibati-Büdcə İdarəsinin sənədlərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası qanunvericiləri federal hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsinə Pentaqona tələb olunan həcmdə silah-sursat almağa imkan verəcək müddəaların daxil edilməsinə razı salmağa çalışır.

Əks halda, ABŞ Müdafiə Nazirliyi 347 ədəd JASSM qanadlı raketini əldə edə bilməyəcək. Həmçinin Pentaqonun SM-3 Block IIA zenit raketlərinin satınalma həcmi nəzərdə tutulan 136 ədəd əvəzinə cəmi 12 ədəd olacaq. İdarənin məlumatına görə, Pentaqon Tomahawk qanadlı raketlərini də tələb olunan miqdarda əldə edə bilməyəcək.

Qeyd edək ki, avqust ayında "The Washington Post" qəzeti mənbələrə istinadən ABŞ Prezidenti Donald Trampın İranla qarşıdurmada silah çatışmazlığı məsələsində onu yanıldatdığına görə Pentaqon rəhbəri Pit Heqsetdən izahat tələb etdiyini yazıb.

Lakin sonradan ABŞ lideri nəşrin bu iddialarını təkzib edib.

44 filmi