Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərindəki neft emalı zavoundakı 2,5 min kvadratmetr sahədə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.
“Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə İstintaq Komitəsinin Anqarsk şəhəri üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayət əlamətləri (“Təhlükəli istehsal obyektləri üçün sənaye təhlükəsizliyi tələblərinin pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda”) üzrə cinayət işi açıb. Müstəntiqlərin məlumatına görə, bu gün saat 06:00 (Bakı vaxtı ilə 02:00) sənaye sahəsinin texnoloji qurğusunda yanğın baş verib. İrkutsk vilayətinin Anqarsk şəhər rayonunda baş verən yanğın nəticəsində 4 nəfər xəsarət alıb, onlardan biri kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, ikisi ölüb”, - məlumatda deyilib.
Hadisə yerinə məhkəmə-tibb ekspertləri gəlib. İstintaq zamanı texniki və digər sənədlər götürülür, zəruri ekspertizalar təyin edilir, şahidlər dindirilir.