Rusiyanın Kemerovo şəhərində qocalar evində baş verən yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda dağıntılar təmizlənir.
İlkin məlumata görə, yanğına sobanın düzgün istifadə edilməməsi səbəb olub. Kemerovo vilayətinin səlahiyyətliləri bu fövqəladə vəziyyətdən sonra bölgədəki digər qocalar evlərini yoxlayacaq.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Rusiyanın Kemerovo şəhərində Tavriçeskaya küçəsində yerləşən ikimərtəbəli şəxsi qocalar evinin yanması nəticəsində 13 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən TASS-a bildirilib.
"Kemerovonun Tavriçeskaya küçəsində yerləşən özəl qocalar evində yanğın baş verib. 4 nəfər ölüb. İki qoca yaralanıb", - mənbə bildirib.
Yanğınsöndürənlər gələnə kimi dam örtüyü alovla bürünüb. Yanğın sahəsi 180 kvadratmetr olub. Yanğınla bağlı xəbər Fövqəladə Hallar Nazirliyinə gec daxil olub, bu da yanğının yayılmasına şərait yaradıb.
Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyi yanğında ölənlərin sayının 6 nəfərə, daha sonra 9 nəfərə çatdığını bildirib. Yanğın lokallaşdırılıb, sonra söndürülüb. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.