Rusiyanın Orenburq vilayətində daşqın nəticəsində yaşayış evlərinə dəyən ümumi zərər 21 milyard rubl (386,4 milyon manat və ya 227,29 milyon dollar – red.) təşkil edə bilər.
“Report”
“<…> Fövqəladə vəziyyət nəticəsində evdən məhrum olunmuş vətəndaşlara sosial dəstək tədbirləri üçün vəsaitin ilkin məbləği 21 milyard rubldan çox ola bilər”, – Lomakin söyləyib.
Xatırladaq ki, aprelin 5-də axşam saatlarında Rusiyanın Orsk şəhərində su bəndi dağılıb. Artıq şəhərdə bəndin dağılmasından sonra 1,1 mindən çox insan təxliyə edilib.
Aprelin 6-da səhər saatlarında şəhərin meri Vasili Kozupitsa yarmalardan birinin təmir olunduğunu, lakin Starı qorod mikrorayonunun yarıya qədər su altında qaldığını və bundan ciddi ziyan görəcəyini bildirib. Hazırda Orenburq vilayətində sel suları səbəbindən 150-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib. Həmçinin məlumat verilib ki, 6 132 yaşayış binası və 9 643 təsərrüfat sahəsi su altında qalıb. Orenburqun meri Sergey Salmin aprelin 7-də bildirib ki, şəhərdə daşqınla bağlı vəziyyət kritik olaraq qalır.