Rusiyada 43 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Region
- 19 oktyabr, 2025
- 07:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Buryatiyada (Rusiya - red.) kütləvi zəhərlənmə faktı qeydə alınıb, 43 nəfər, o cümlədən 18 uşaq kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Report"un xəbərinə görə, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") regional idarəsi məlumat yayıb.
"Hazırda xəstəliyə 43 yoluxma faktı qeydə alınıb, onlardan 18-i uşaqlardadır. Xəstələr Respublika Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib", - qurumdan bildirilib.
Zəhərlənmənin səbəbi məlum deyil, hadisənin təfərrüatını aidiyyəti qurumlar araşdıracaq.
Son xəbərlər
08:49
Baykal gölündə və Anqara çayında təhlükəli toksinlər aşkarlanıb
Region
08:43
Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər
Digər ölkələr
08:39
Foto
Video
Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var
Hadisə
08:27
Dietoloq zülal qəbulunu artırmağın doqquz üsulunu açıqlayıb
Sağlamlıq
08:15
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:14
Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb
Region
08:02
Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var
Region
07:42
Neuralink yeni neyroimplant sınaqlarına icazə alıb
Sağlamlıq
07:14
Britaniya Soyuq müharibədən sonra ilk dəfə veteranları hərbi xidmətə çağırışa hazır olmağa dəvət edib
Digər ölkələr