Rusiya XİN: Moskva hər zaman İrəvana dəstək verməyə hazırdır

Rusiya XİN: Moskva hər zaman İrəvana dəstək verməyə hazırdır Moskva hər zaman ehtiyaclara əsaslanaraq İrəvana dəstək verməyə hazırdır.
Region
30 May , 2024 18:25
Rusiya XİN: Moskva hər zaman İrəvana dəstək verməyə hazırdır

Moskva hər zaman ehtiyaclara əsaslanaraq İrəvana dəstək verməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "NEWS.ru"nun Ermənistan tərəfinin tələbi ilə daşqınların nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün Rusiya tərəfindən canlı qüvvə və texnikanın verilməsi haqqında sualını cavablayarkən deyib.

“Müsbət reaksiya gördük və bir daha təkrar edirik ki, irəli sürülən təkliflərin hamısı aktualdır və müttəfiqlər kimi biz İrəvanın ehtiyaclarına əsaslanaraq ona həmişə dəstək verməyə hazırıq”, - o bildirib.

M.Zaxarova xatırladıb ki, Rusiya-Ermənistan Humanitar Müdaxilə Mərkəzi dərhal fəsadların aradan qaldırılması işinə qoşulub: “Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinə lazımi avadanlıqlar təhvil verilib. Rusiya Müdafiə Nazirliyi 102-ci Rusiya hərbi bazasına qüvvə və vasitələrin yerləşdirilməsinə kömək etməyə hazır olduğunu bildirib. Respublikada fəaliyyət göstərən bir sıra Rusiya şirkətləri də yardım göstərmək məsələsini nəzərdən keçirirlər”.

Onun sözlərinə görə, Moskva həmçinin Ermənistanın daşqından zərər çəkmiş regionlarında normal həyatın bərpası üçün bütün lazımi yardımı göstərəcək.

Son xəbərlər

Orphus sistemi