Rusiya və Özbəkistan Əfqanıstanla sərhəddə hərbi təlim keçirir

Rusiya və Özbəkistan Əfqanıstanla sərhəddə hərbi təlim keçirir İyulun 30-da Əfqanstanla sərhədboyu ərazidəki “Termez” poliqonunda Özbəkistanla Rusiya hərbçilərinin hərbi təlimləri başlayıb.
Region
192
30 İyul , 2021 12:46
Rusiya və Özbəkistan Əfqanıstanla sərhəddə hərbi təlim keçirir

İyulun 30-da Əfqanstanla sərhədboyu ərazidəki “Termez” poliqonunda Özbəkistanla Rusiya hərbçilərinin hərbi təlimləri başlayıb.

“Report” “Sputnik Uzbekistan”a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəz Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbi təlimlər iyulun 30-dan avqustun 3-dək Özbəkistanın Surxandarin vilayətində keçiriləcək.

Rusiyanın 1 500-dən çox hərbçisi təlimdə iştirak etmək üçün Özbəkistandadır.

Rusiyanın Tacikistanda yerləşən 201 saylı bazasının hərbçiləri Əfqanıstanla sərhəddə yaranan vəziyyət fonunda iyulun 22-də planauyğun və plandankənar təlimlər keçirib.

Məlumata görə, avqustun 5-10-da Tacikistanın Xatlon vilayətindəki “Hərb meydanı” poliqonunda Rusiya, Özbəkistan və Tacikistan hərbçiləri birgə təlim keçirəcək.

Qeyd edək ki, Tacikistanla Əfqanıstan sərhədinin uzunluğu 910 km, Özbəkistanla isə 150 km-dir.

Son xəbərlər

Orphus sistemi