Rusiya Prezidenti Belarusda səfərdədir

Rusiya Prezidenti Belarusda səfərdədir Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak etmək üçün Belarus paytaxtı Minskdə səfərdədir.
Region
6 Dekabr , 2024 15:15
Rusiya Prezidenti Belarusda səfərdədir

Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskdə səfərdədir.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

İclasa Belarus Prezidenti Aleksandr Lukaşenko sədrlik edəcək.

Qeyd olunur ki, iki dövlət başçısının ayrıca görüşü də nəzərdə tutulub. Görüşdə Rusiya və Belarusun ümumi müdafiə məkanının gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Görüş İttifaq dövlətinin yaradılması haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü ərəfəsində baş tutacaq. Onun iştirakçıları 2024-2026-cı illər üçün İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi üzrə əsas istiqamətlərin və hazırlanmış Təhlükəsizlik Konsepsiyasının icrasının gedişatını nəzərdən keçirəcəklər.

İngilis versiyası Putin arrives in Belarus

Son xəbərlər

Orphus sistemi