​Rusiya Kosmik Agentliyi ləğv edilir

Region
  • 21 yanvar, 2016
  • 15:18
​Rusiya Kosmik Agentliyi ləğv edilir

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiya Federal Kosmik Agentliyi ("Roskosmos") 2016-cı il iyulun 1-dək ləğv ediləcək.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Ləğvetmə komissiyasının sədri Denis Lıskov bildirib ki, 7 gün ərzində komissiyanın tərkibi müəyyənləşəcək. Agentliyin işçiləri eyniadlı Rusiya şirkətində fəaliyyətini davam etdirəcək.