Marlen Mamataliyev Qırğızıstan parlamentinin yeni sədri olub - YENİLƏNİB

Region
  • 12 fevral, 2026
  • 14:34
Marlen Mamataliyev Qırğızıstan parlamentinin yeni sədri olub - YENİLƏNİB

Qırğızıstanın Joqorqu Keneşinin (parlament) yeni sədri deputat Marlen Mamataliyev seçilib.

"Report" Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, qərar parlamentin bugünkü iclasında qəbul edilib.

Səsvermədə 83 deputat iştirak edib.

M.Mamataliyevin namizədliyini 77 parlamentari dəstəkləyib, beşi əleyhinə çıxıb, bir bülleten etibarsız sayılıb.

Qırğızıstan Joqorku Keneşinin (parlament) sədri vəzifəsinə deputat Marlen Mamataliyev irəli sürülüb.

"Report"un Qırğızıstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu, fevralın 12-də keçirilən parlamentin iclasında məlum olub.

Onun namizədliyini "Eldik" və "Ala-Too" deputat qrupları irəli sürüb.

Xatırladaq ki, əvvəlki spiker Nurlanbek Turqunbek uulu bu gün istefa verib, lakin deputat kimi fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti