"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Futbol
  • 27 oktyabr, 2026
  • 21:47
Fənərbağça İsmayıl Kartalla yollarını ayırıb

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, 65 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, İsmayıl Kartal bu ilin iyun ayında "Fənərbağça"nın baş məşqçisi təyin olunmuşdu. "Sarı-lacivərdlilər" Türkiyə Superliqasında 16 xalla beşinci pillədə qərarlaşıblar.