Qazaxıstanda "Su-30SM" qırıcısı qəzaya uğrayıb
Region
- 25 fevral, 2026
- 13:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı "Su-30SM" qırıcısı qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.
"Təyyarənin ekipajı katapult edib. Pilotlar sağdır, həyat və sağlamlıqlarına təhlükə yoxdur. Onlar tibb mütəxəssislərinin nəzarəti altındadırlar", - məlumatda bildirilib.
Qəzanın baş verdiyi ərazi əhatəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb.
Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.
Son xəbərlər
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr
02:12
SEPAH: Hörmüz boğazında iki gəmi minaya düşüb
Region
02:07
İngiltərə Premyer Liqası: "Çelsi" "Nottingem Forest"ə məğlub olub
Futbol